• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 4 milyon manatdan çox dəyəri olan brilyant qaşlar aşkarlanıb

Bakıda 4 milyon manatdan çox dəyəri olan brilyant qaşlar aşkarlanıb
29.09.2026 11:58

 

Bakıda gömrük nəzarətindən gizlədilərək ölkəyə gətirilməyə cəhd edilən 2 502,524 karat brilyant qaşlar aşkarlanıb. Qiyməti 4 milyon manatdan çox olan qiymətli daşlar Qazaxıstan vətəndaşının üzərindən götürülüb.

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Şarja-Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan vətəndaşı “Yaşıl Kanal” buraxılış sistemindən keçərək gömrük nəzarəti zonasını tərk etmək istəyib.

Gömrük əməkdaşları sərnişinin davranışlarından şübhələndikləri üçün onu “Qırmızı Kanal”a yönləndirərək gömrük nəzarəti formalarından keçiriblər.

Yoxlama zamanı vətəndaşın üzərindən gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən 2 502,524 karat brilyant qaşlar aşkar olunub.

Gömrük orqanının məlumatına görə, aşkar edilmiş qiymətli daşların ümumi dəyəri 4 milyon manatdan çoxdur.

Faktla bağlı araşdırma aparılır.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvarda 17 yaşlı qızın meyiti tapılıb
Cəmiyyət 21:01
Biləsuvarda 17 yaşlı qızın meyiti tapılıb
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
Cəmiyyət 20:50
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Cəmiyyət 20:25
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:29
Bu ərazilərdə qaz olmayacaq

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib
Cəmiyyət 17:48
553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bu yol təmirə bağlanır - Sürücülərin nəzərinə!
Cəmiyyət 17:21
Bu yol təmirə bağlanır - Sürücülərin nəzərinə!
Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - sərəncam
Cəmiyyət 17:16
Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - sərəncam
Bakıda açıq yağış kanalizasiya quyusuna görə AAYDA rəsmisi 2 000 manat cərimələnib
Cəmiyyət 17:00
Bakıda açıq yağış kanalizasiya quyusuna görə AAYDA rəsmisi 2 000 manat cərimələnib
Dövlət Statistika Komitəsində struktur dəyişiklikləri aparılıb
Cəmiyyət 16:39
Dövlət Statistika Komitəsində struktur dəyişiklikləri aparılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox