• $
  • €
  • ₽
  • ₺
  • £

Sodiq Safayev: Mərkəzi Asiyanın qlobal iqtisadi cəlbediciliyi artır

Sodiq Safayev: Mərkəzi Asiyanın qlobal iqtisadi cəlbediciliyi artır
01.10.2026 13:39

Mərkəzi Asiyada əməkdaşlığın dərinləşməsi və regionun daha proqnozlaşdırılan iqtisadi məkan kimi formalaşması onun beynəlxalq investorlar üçün cəlbediciliyini artırır. Bunu Özbəkistan Ali Məclisi Senatının birinci sədr müavini Sodiq Safayev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiya artıq yalnız postsovet məkanı və ya ölkələr qrupu kimi deyil, iri bazarları və dünya dövlətlərini birləşdirən region kimi qəbul olunur. O qeyd edib ki, region tədricən dənizə çıxışı olmayan ərazidən müxtəlif məkanları birləşdirən iqtisadi mərkəzə çevrilir.

"Dünyada parçalanma və çoxtərəfli diplomatiyanın rolunun azalması müşahidə olunsa da, Mərkəzi Asiyada əks proses gedir və çoxtərəfli əməkdaşlıq güclənir. Bu gün Mərkəzi Asiyada əməkdaşlığın konsolidasiyasına doğru çox güclü tendensiyanın şahidi oluruq. Söhbət əməkdaşlığın gücləndirilməsindən və dərinləşdirilməsindən gedir, inteqrasiyadan yox”, -  o bildirib.

Onun sözlərinə görə, region ölkələri arasında əməkdaşlığın genişlənməsi Mərkəzi Asiyanı daha proqnozlaşdırılan və nəticə etibarilə daha cəlbedici edir.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Cəmiyyət 14:47
5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 14:33
Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
Cəmiyyət 14:17
Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
Gəncədə 5 şagird xəstəxanaya yerləşdirilib
Cəmiyyət 14:08
Gəncədə 5 şagird xəstəxanaya yerləşdirilib
В Баку резко ухудшится погода: Ливни и ветер
Cəmiyyət 13:40
В Баку резко ухудшится погода: Ливни и ветер
Sodiq Safayev: Mərkəzi Asiyanın qlobal iqtisadi cəlbediciliyi artır
Cəmiyyət 13:39
Sodiq Safayev: Mərkəzi Asiyanın qlobal iqtisadi cəlbediciliyi artır
Sabah yağış yağacaq - proqnoz
Cəmiyyət 13:24
Sabah yağış yağacaq - proqnoz
Filip Riker: Cənubi Qafqaz ölkələri birgə fəaliyyətlə daha böyük nəticələr əldə edə bilər
Cəmiyyət 13:21
Filip Riker: Cənubi Qafqaz ölkələri birgə fəaliyyətlə daha böyük nəticələr əldə edə bilər
Laçın istiqamətində xidmət edən əsgərin itkin düşdüyü bildirilir
Cəmiyyət 12:54
Laçın istiqamətində xidmət edən əsgərin itkin düşdüyü bildirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol