• $
  • €
  • ₽
  • ₺
  • £

CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM

CAMCA regionunun ÜDM potensialı 700 milyard dollara yaxındır – 4SİM
01.10.2026 14:53

CAMCA regionunun əhalisi təxminən 150 milyon nəfərdir və regionun ümumi daxili məhsulunun 700 milyard dollara yaxın potensiala malik olduğu qiymətləndirilir. Bunu 4SİM-in icraçı direktoru Fariz Cəfərov bildirib.

Onun sözlərinə görə, süni intellekt, rəqəmsal transformasiya və yeni texnologiyaların inkişafı region üçün yeni imkanlar yaradır. Bu prosesdə enerji sektoru xüsusilə əhəmiyyətli rol oynayır. Çünki iri məlumat mərkəzlərinin fəaliyyəti üçün böyük həcmdə enerji tələb olunur.

Cəfərov qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistanda məlumat mərkəzləri və rəqəmsal infrastrukturun inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycanın enerji, rəqəmsal texnologiyalar və logistika imkanları ölkənin regional mərkəzə çevrilməsi üçün şərait yaradır.

4SİM rəhbəri Azərbaycan və Qazaxıstan arasında həyata keçirilən “AzInConnect” və “Digital Silk Road” layihələrinə də toxunub. O bildirib ki, bu təşəbbüslər region ölkələri arasında rəqəmsal əlaqələrin gücləndirilməsinə xidmət edir.

Cəfərovun sözlərinə görə, “Oracle” və “Haymaker” ilə əməkdaşlıq çərçivəsində də müvafiq layihələr həyata keçirilir. O, həmçinin “Dell” ilə imzalanmış müqaviləni və Azərbaycanda iki superkompüterin yaradılmasını qeyd edib.

O bildirib ki, insan kapitalının inkişafı da rəqəmsal transformasiyanın əsas istiqamətlərindən biridir. Bu çərçivədə “Coursera” platforması vasitəsilə Azərbaycanda 70 mindən çox insan müxtəlif proqramlardan yararlanıb, 21 mindən çox kursa çıxış əldə edib və 3 mindən çox kurs Azərbaycan dilinə tərcümə olunub.

Cəfərov həmçinin “OpenAI” ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda 500 mindən çox tələbənin imkanlardan yararlanmasının nəzərdə tutulduğunu bildirib.

Onun sözlərinə görə, SABAH.HUB tərəfindən 20 hektar ərazidə yaradılması planlaşdırılan texnologiya məkanında üç universitet, 30-dan çox laboratoriya, 100-dən çox startap və 100-dən çox İT şirkətinin fəaliyyət göstərməsi nəzərdə tutulur.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
15-29 yaşlı qadınlar arasında işsizlərin payı kişilərdən yüksək olub
İqtisadiyyat 16:37
15-29 yaşlı qadınlar arasında işsizlərin payı kişilərdən yüksək olub
Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb
İqtisadiyyat 16:33
Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb
Vüqar Bayramov: Qarabağın iqtisadiyyatı 2020-ci ildən bəri dörd dəfə böyüyüb
İqtisadiyyat 11:27
Vüqar Bayramov: Qarabağın iqtisadiyyatı 2020-ci ildən bəri dörd dəfə böyüyüb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol