• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda vaxtı keçmiş şirniyyatdan zəhərlənən şagirdlərin sayı 21-ə çatıb

Sumqayıtda vaxtı keçmiş şirniyyatdan zəhərlənən şagirdlərin sayı 21-ə çatıb
02.10.2026 11:31

 

Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şagirdlərin sayı 21-ə çatıb.

TƏBİB-in məlumatına görə, oktyabrın 2-də saat 10:20-dən başlayaraq 17-si oğlan, 4-ü qız olmaqla 21 nəfər Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Hazırda onların müalicəsi davam etdirilir və vəziyyətləri stabil qiymətləndirilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hadisəni nəzarətə götürərək araşdırmaya başlayıb.

Agentliyin ilkin araşdırmasına görə, hadisəyə şagirdlərdən birinin məktəbə gətirdiyi istifadə müddəti bitmiş şirniyyat məhsulu səbəb olub.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, şagirdlərdən biri evdən gətirdiyi qənnadı məmulatını sinif yoldaşları ilə bölüşüb. Həmin qidadan istifadə etdikdən sonra məktəblilərin özlərini pis hiss etdiyi müəyyənləşdirilib.

Məktəb rəhbərliyi hadisəni nəzarətə götürüb, şagirdlər tibb müəssisəsinə yönləndirilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə araşdırma aparılır.

AQTA araşdırmaların davam etdiyini və görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini açıqlayıb.

Ötən gün Gəncə şəhərində Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin 7 şagirdi də şirniyyatdan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 14:15
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Cəmiyyət 11:29
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:12
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Cəmiyyət 10:10
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Cəmiyyət 23:35
Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Tovuzda avtomobil piyadanı vurub, yaralının vəziyyəti ağırdır
Cəmiyyət 22:30
Tovuzda avtomobil piyadanı vurub, yaralının vəziyyəti ağırdır
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub
Cəmiyyət 21:47
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub
Kütləvi davadan sonra gizlənənləri DTX saxlayıb
Cəmiyyət 19:41
Kütləvi davadan sonra gizlənənləri DTX saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol