• $
  • €
  • ₽
  • ₺
  • £

DİN: Məktəb qarşısında uşaqlara konfet paylayan naməlum şəxslə bağlı iddialar təsdiqlənməyib

DİN: Məktəb qarşısında uşaqlara konfet paylayan naməlum şəxslə bağlı iddialar təsdiqlənməyib
02.10.2026 14:19

 

Sosial şəbəkələrdə məktəb qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra şagirdlərin zəhərlənməsi ilə bağlı yayılan səs yazısındakı iddialar təsdiqini tapmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırma aparılıb və səsləndirilən iddialar öz təsdiqini tapmayıb.

“Vətəndaşlardan xahiş olunur ki, mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymasınlar, xüsusilə də uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı belə məlumatların ictimaiyyətdə əsassız narahatlıq yaratmasına şərait yaratmasınlar”, - deyə DİN-in məlumatında qeyd olunub.

 Daha əvvəl Sumqayıtda məktəblilər arasında zəhərlənmə şübhəsi ilə bağlı hadisə qeydə alınıb. TƏBİB-in son məlumatına görə, 21 şagird xəstəxanaya yerləşdirilib. AQTA ilkin araşdırmada hadisəyə şagirdlərdən birinin evdən gətirdiyi vaxtı keçmiş şirniyyatın səbəb olduğunu bildirib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda ictimai iaşə dövriyyəsi bu ilin doqquz ayında 8 faiz artıb
Cəmiyyət 13:13
Azərbaycanda ictimai iaşə dövriyyəsi bu ilin doqquz ayında 8 faiz artıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:46
Sabahın hava proqnozu açıqlanıb
Bakıda kütləvi dava zamanı 9 nəfər saxlanılıb, biri deputatın oğludur - video/yenilənib
Cəmiyyət 11:59
Bakıda kütləvi dava zamanı 9 nəfər saxlanılıb, biri deputatın oğludur - video/yenilənib
Bəzi yerlərə yağış yağıb -faktiki hava açıqlanıb
Cəmiyyət 11:32
Bəzi yerlərə yağış yağıb -faktiki hava açıqlanıb
Azərbaycan bu ilin doqquz ayında əczaçılıq məhsullarının idxalını azaldıb
Cəmiyyət 11:23
Azərbaycan bu ilin doqquz ayında əczaçılıq məhsullarının idxalını azaldıb
Daxili İşlər Nazirliyi ölkə üzrə sutkalıq cinayətkarlıq statistikasını açıqlayıb
Cəmiyyət 10:57
Daxili İşlər Nazirliyi ölkə üzrə sutkalıq cinayətkarlıq statistikasını açıqlayıb
Zaqatalada silsilə oğurluqlarda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 09:35
Zaqatalada silsilə oğurluqlarda şübhəli bilinən şəxs saxlanılıb
Dumanlı və yağıntılı hava ilə əlaqədar magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 09:23
Dumanlı və yağıntılı hava ilə əlaqədar magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıdakı "Sea Breeze" kompleksində Avropanın ən böyük kazinolarından biri açılacaq
Cəmiyyət 09:14
Bakıdakı "Sea Breeze" kompleksində Avropanın ən böyük kazinolarından biri açılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox