Azərbaycanda aqrar istehsalda texnologiyaların tətbiqi əsas prioritetlərdəndir - nazir
Aqrar sahədə əsas məqsəd yalnız istehsalı artırmaq deyil, daha məhsuldar, texnoloji və rəqabətqabiliyyətli sistem qurmaqdır. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdamda keçirilən 100-cü Aqrar Biznes Festivalında bildirib.
Məmmədov dəqiq kənd təsərrüfatı, peyk məlumatları, sensorlar, dronlar, ağıllı suvarma sistemləri və süni intellektin aqrar istehsalın səmərəliliyini artıra biləcəyini deyib.
“Əsas məqsədimiz bu texnologiyaları fermer üçün real və praktik həllərə çevirməkdir”, - nazir bildirib.
Onun sözlərinə görə, 2026–2030-cu illər üçün Dövlət Proqramında dayanıqlı inkişaf və intensiv, rəqabətqabiliyyətli istehsala keçid prioritet kimi müəyyən edilib.
Məmmədov həmçinin məhsulun saxlanması, emalı, qablaşdırılması və logistikasının inkişafının əlavə dəyər və yeni biznes imkanları yaradacağını vurğulayıb.
Nazir bildirib ki, Aqrar Biznes Festivalları çərçivəsində keçirilən kredit yarmarkaları, panel müzakirələri, startap zonaları və toxum sərgiləri fermer və sahibkarların maliyyə alətlərinə, innovativ həllərə və keyfiyyətli toxumlara çıxışını genişləndirir.
Gülnar Nazimqızı
Son xəbərlər