• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
06.10.2026 18:30

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər iki ölkə arasında enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizin regional və qlobal əhəmiyyətini qeyd ediblər. Həmçinin Qara dənizin sualtı elektrik enerjisi kabeli kimi "yaşıl enerji" layihələri barədə fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov postmünaqişə dövründə regionda yaranmış vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, eləcə də Azərbaycan-Ermənistan sülh və normallaşma prosesi barədə səfirə məlumat verib.

Nazir səfirə yeni vəzifəsində uğurlar arzulayıb.

Qiorqi Zakaraşvili isə iki ölkə arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər də müzakirə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Siyasət 22:02
İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
XİN İspaniyaya başsağlığı verib
Siyasət 19:01
XİN İspaniyaya başsağlığı verib

İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik edib
Siyasət 11:08
İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik edib
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Siyasət 19:41
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Siyasət 14:00
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Azərbaycan BƏƏ-nin Lana Nusseibehin BMT baş katibliyinə namizədliyi təşəbbüsünü alqışlayır
Siyasət 11:25
Azərbaycan BƏƏ-nin Lana Nusseibehin BMT baş katibliyinə namizədliyi təşəbbüsünü alqışlayır
Əliyev: Azərbaycana potensial risklər ölkə hüdudlarından kənardan gəlir
Siyasət 10:54
Əliyev: Azərbaycana potensial risklər ölkə hüdudlarından kənardan gəlir
Prezident Forumda çıxış edir
Siyasət 10:02
Prezident Forumda çıxış edir
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Siyasət 22:29
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol