Azərbaycan BƏƏ-nin Lana Nusseibehin BMT baş katibliyinə namizədliyi təşəbbüsünü alqışlayır
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayır.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə medianın sualını cavablandırarkən bildirib ki, Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə, diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensus yaratmaq bacarığına əsaslanan, BMT Nizamnaməsini rəhbər tutan seçim prosesini vacib sayır.
“Ümid edirik ki, bu proses daha güclü, səmərəli və müasir çağırışlara çevik reaksiya verən BMT-nin formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacaq”, – Hacızadə deyib.