• $
  • €
  • ₽
  • ₺
  • £

Fermerlərin reytinqi hazırlanacaq -nazir açıqladı

Fermerlərin reytinqi hazırlanacaq -nazir açıqladı
07.10.2026 11:18

Azərbaycanda müzakirəyə çıxarılan “Aqrar sahə haqqında” qanun layihəsində kənd təsərrüfatı məhsulları istehsalçıları üçün subsidiya, güzəştli kredit, sığorta və dövlət-özəl tərəfdaşlığı da daxil olmaqla 12 dövlət dəstəyi alətinin qanun səviyyəsində müəyyənləşdirilməsi təklif olunur.


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə çıxışında bildirib ki, dəstək qərarlarında istehsalçıların reytinqi və Aqrar İnformasiya Sistemindəki məlumatlar əsas götürüləcək.

Reytinq istehsalçıların iqtisadi səmərəliliyini və dövlət vəsaitindən təyinatı üzrə istifadə etməsini qiymətləndirəcək.


Layihədə aqrar məhsul istehsalçılarının sahibkarlıq məqsədli fermerlər və ailə-kəndli təsərrüfatlarını əhatə edən digər istehsalçılar olmaqla iki kateqoriyaya bölünməsi nəzərdə tutulur. Sənəddə, həmçinin aqrar sahənin 47 əsas anlayışının vahid sistem şəklində qanunvericilikdə təsbit edilməsi, ilkin emalla sənaye emalı arasındakı fərqin konkret texnoloji əməliyyatlarla müəyyənləşdirilməsi təklif olunur.


Məmmədovun sözlərinə görə, dövlətin aqrar sahədəki vəzifələri layihədə 32 istiqamət üzrə müəyyənləşdirilir. Bunlara vergi intizamı və maliyyə şəffaflığının təmin edilməsi, qeyri-formal məşğulluğun azaldılması, qadınların və gənclərin aqrar fəaliyyətə cəlb olunması daxildir.


Layihə torpaqların xırdalanmasının qarşısının alınmasını, vahid əkin sahələrinin yaradılmasını, konsolidasiya və kooperasiya mexanizmlərinin tətbiqini də nəzərdə tutur. Yararlı torpaqların istifadəsiz saxlanılmasının və əkin sahələrinin yandırılmasının qarşısının alınması, eləcə də su itkilərini azaldan suvarma sistemlərinin tətbiqi ilə bağlı müddəalar da sənədə daxil edilib.


İqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin aqrar qanunvericilikdə ayrıca maddə ilə tənzimlənməsi də təklif olunur.


Qanun layihəsinin qəbulundan sonra “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunların ləğvi nəzərdə tutulur. Həmin qanunların aktual müddəalarının yeni baza qanununa daxil ediləcəyi bildirilir.


Layihənin məqsədi aqrar sahəni ayrı-ayrı məhsullar üzrə qanunlarla deyil, sahənin subyektlərini, dövlətin vəzifələrini və dəstək mexanizmlərini vahid hüquqi çərçivədə tənzimləməkdir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan müəyyən ixrac daşımalarının xərcinin 70%-dək hissəsini qarşılayır
İqtisadiyyat 15:00
Azərbaycan müəyyən ixrac daşımalarının xərcinin 70%-dək hissəsini qarşılayır

Akif Quliyev: Su anbarlarında ehtiyatlar ötən illə müqayisədə 2,2 milyard kubmetr artıb
İqtisadiyyat 13:26
Akif Quliyev: Su anbarlarında ehtiyatlar ötən illə müqayisədə 2,2 milyard kubmetr artıb

Azərbaycanda ödəniş kartlarının sayı 23,4 milyona yaxınlaşıb
İqtisadiyyat 11:55
Azərbaycanda ödəniş kartlarının sayı 23,4 milyona yaxınlaşıb

Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:46
Qızıl və gümüş ucuzlaşıb
Onlayn kreditə müraciət edərkən dələduzluğa qarşı diqqətli olmaq lazımdır
İqtisadiyyat 11:19
Onlayn kreditə müraciət edərkən dələduzluğa qarşı diqqətli olmaq lazımdır
Azeri Light Crude Climbs to $127.6 per Barrel
İqtisadiyyat 11:00
Azeri Light Crude Climbs to $127.6 per Barrel
Gold and Silver Futures Retreat on COMEX Exchange
İqtisadiyyat 10:30
Gold and Silver Futures Retreat on COMEX Exchange
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
İqtisadiyyat 16:46
Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol