• $
  • €
  • ₽
  • ₺
  • £

Qalmaqallarla gündəmə gələn 98 saylı bağçanın direktoru işdən çıxarıldı

Qalmaqallarla gündəmə gələn 98 saylı bağçanın direktoru işdən çıxarıldı
07.10.2026 14:29

Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. Bu barədə Anews.az-ın əldə etdiyi məlumatda bildirilir.

Hazırda onun vəzifəsi müvvəqqəti olaraq başqasına tapşırılıb.

98 saylı bağça ilə bağlı son illərdə bir sıra şikayət və araşdırmalar barədə xəbərlər yayılıb. 2023-cü ilin yanvarında prokurorluq bağçada 2018–2022-ci illəri əhatə edən yoxlamadan sonra dövlət əmlakının mənimsənilməsi, valideynlərdən pul yığılması və işləməyən şəxslər üçün saxta əməkhaqqı sənədlərinin hazırlanması şübhələri üzrə cinayət işi başladığını açıqlamışdı. Bu məlumatlar araşdırılan şübhələrə aid olub, özlüyündə direktorun təqsirini təsdiqləmir.


2025-ci ildə valideynlər uşaqlara yeməyin az verilməsi ilə bağlı şikayət etmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələni araşdırdığını bildirmişdi.


Bu ilin sentyabrında isə bağçaya gedən uşağın qanında psixotrop dərman aşkarlanması barədə sosial şəbəkələrdə iddia yayılmışdı. Təhsil idarəsi araşdırma başladığını və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğunu açıqlamışdı. Həmin ay yayılan başqa bir xəbərdə valideyn bağçadakı özəl qrupa qəbul üçün ayda 100 manat tələb olunduğunu iddia etmiş, direktorun adını çəkmişdi. Bu iddialarla bağlı yekun araşdırma nəticəsi barədə məlumat yoxdur

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - yenilənib
Cəmiyyət 20:59
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - yenilənib
Maliyyə nazirinə yeni müavin təyin olunub
Cəmiyyət 20:09
Maliyyə nazirinə yeni müavin təyin olunub
Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Cəmiyyət 18:04
Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Bakıda özəl uşaq bağçasında zorakılıq iddiası ilə bağlı cinayət işi başlanıb - video
Cəmiyyət 17:18
Bakıda özəl uşaq bağçasında zorakılıq iddiası ilə bağlı cinayət işi başlanıb - video
Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxsləri təltif edib - sərəncam
Cəmiyyət 16:17
Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxsləri təltif edib - sərəncam
Ötən il 60 yaşdan yuxarı neçə nəfər ailə qurub? - statistika
Cəmiyyət 16:03
Ötən il 60 yaşdan yuxarı neçə nəfər ailə qurub? - statistika
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
Cəmiyyət 15:25
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
SatAnar Korporativ Satış Kursuna qeydiyyat elan edilir
Cəmiyyət 15:03
SatAnar Korporativ Satış Kursuna qeydiyyat elan edilir

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 15:01
Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol