• $
  • €
  • ₽
  • ₺
  • £

Hicran Hüseynova: Bəzi şəxslərə pulsuz hüquqi və vəkil xidməti göstəriləcək

Hicran Hüseynova: Bəzi şəxslərə pulsuz hüquqi və vəkil xidməti göstəriləcək
07.10.2026 15:04

Əlilliyi olan və işləməyən şəxslər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, işsizlər, insan alverinin və məişət zorakılığının qurbanları, eləcə də maddi vəziyyəti çətin olan şəxslərin dövlət hesabına pulsuz hüquqi və vəkil xidmətlərindən yararlanması nəzərdə tutulur.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanun layihəsi pulsuz hüquqi yardıma ehtiyacı olan şəxslərin hüquq bərabərliyinin təmin edilməsinə və bu sahədə vahid hüquqi mexanizmin formalaşdırılmasına yönəlib.

Hüseynova bildirib ki, dövlət hesabına pulsuz hüquqi və vəkil xidmətlərindən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar da istifadə edə biləcəklər.

“Pulsuz hüquqi yardıma ehtiyacı olan bütün şəxslərin hüquq bərabərliyinin təmin edilməsi əsas məsələlərdən biridir. Qanun layihəsinin digər vacib tərəfi isə pulsuz hüquqi yardımın göstərilməsi üzrə vahid hüquqi mexanizmin formalaşdırılmasıdır”, - komitə sədri bildirib.

O qeyd edib ki, maddi vəziyyəti çətin olan və gəlirləri yaşayış minimumundan aşağı səviyyədə olan digər şəxslərin də qanunvericiliklə müəyyən edilmiş qaydada pulsuz hüquqi yardımdan yararlanması mümkün olacaq.

Hüseynovanın sözlərinə görə, pulsuz hüquqi yardım göstərən vəkillərin xidmət haqları və digər zəruri xərclər dövlət büdcəsinin vəsaiti, o cümlədən Vəkillər Kollegiyasına ayrılan vəsaitlər hesabına ödəniləcək.

“Bir sözlə, bu qanun layihəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin edir”, - o deyib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - yenilənib
Cəmiyyət 20:59
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - yenilənib
Maliyyə nazirinə yeni müavin təyin olunub
Cəmiyyət 20:09
Maliyyə nazirinə yeni müavin təyin olunub
Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Cəmiyyət 18:04
Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Bakıda özəl uşaq bağçasında zorakılıq iddiası ilə bağlı cinayət işi başlanıb - video
Cəmiyyət 17:18
Bakıda özəl uşaq bağçasında zorakılıq iddiası ilə bağlı cinayət işi başlanıb - video
Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxsləri təltif edib - sərəncam
Cəmiyyət 16:17
Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxsləri təltif edib - sərəncam
Ötən il 60 yaşdan yuxarı neçə nəfər ailə qurub? - statistika
Cəmiyyət 16:03
Ötən il 60 yaşdan yuxarı neçə nəfər ailə qurub? - statistika
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
Cəmiyyət 15:25
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
SatAnar Korporativ Satış Kursuna qeydiyyat elan edilir
Cəmiyyət 15:03
SatAnar Korporativ Satış Kursuna qeydiyyat elan edilir

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 15:01
Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol