• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell “Gamesummit” və “OmniAISummit” ineksklüziv tərəfdaşıdır

Azercell “Gamesummit” və “OmniAISummit” ineksklüziv tərəfdaşıdır
07.10.2026 17:42

 

 

10 oktyabr tarixində Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Gamesummit” və “OMNI AI Summit” keçiriləcək. Tədbir oyun və süni intellekt sahələrində dünyanın aparıcı texnologiya şirkətlərini, ekspert və sənaye mütəxəssislərini Azərbaycanda bir araya gətirəcək. Google, Xsolla, Microsoft/Xbox, BytePlus, Wonderful AI və digər beynəlxalq şirkətlərin nümayəndələrinin iştirak edəcəyi sammitdə texnologiya sənayesinin aktual trendləri və gələcək inkişaf istiqamətləri müzakirə olunacaq.

Tədbir çərçivəsində çıxışlar, panel müzakirələri və tematik sessiyalar keçiriləcək. “Gamesummit”də oyun sənayesinin qlobal inkişafı, yeni biznes modelləri və oyun ekosisteminin gələcəyi, “AI Summit”də isə süni intellektin biznesdə tətbiqi, yeni nəsil Sİ həlləri və texnologiyanın müxtəlif sahələrə təsiri diqqət mərkəzində olacaq.

Bu tərəfdaşlıq Azercell-in fəaliyyətinin strateji istiqamətlərini — rəqəmsal məhsul portfelinin genişləndirilməsini, eləcə də süni intellekt əsaslı innovativ həllərin tətbiqinin inkişafını əks etdirir.

Şirkət tədbirdə mobil tətbiqində yeni istifadəyə verdiyi “Oyun Portalı”nı təqdim edəcək. Oyunları, turnirləri və viktorinaları bir araya gətirən portal Azercell-in rəqəmsal əyləncə istiqamətində atdığı yeni addımdır. Şirkət istifadəçilərin fərqli maraqlarına uyğun interaktiv oyunlar və rəqəmsal əyləncə həlləri inkişaf etdirir. Ziyarətçilər Azercell-in stendində portalın imkanları ilə yaxından tanış ola, oyunları sınaqdan keçirə və turnirlərdə iştirak edə biləcəklər.

Süni intellekt isə Azercell-in texnoloji transformasiyasının strateji istiqamətlərindən biri olaraq şirkətin müştəri xidmətləri, şəbəkə idarəetməsi, kibertəhlükəsizlik və daxili iş proseslərinə fəal şəkildə inteqrasiya olunur.

Azercell tədbirə tərəfdaşlıq etməklə ölkədə süni intellekt üzrə bilik və təcrübə mübadiləsinə, texnologiyanın biznesdə daha geniş tətbiqinə və yerli rəqəmsal ekosistemin inkişafına töhfə verir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan müəyyən ixrac daşımalarının xərcinin 70%-dək hissəsini qarşılayır
İqtisadiyyat 15:00
Azərbaycan müəyyən ixrac daşımalarının xərcinin 70%-dək hissəsini qarşılayır

Akif Quliyev: Su anbarlarında ehtiyatlar ötən illə müqayisədə 2,2 milyard kubmetr artıb
İqtisadiyyat 13:26
Akif Quliyev: Su anbarlarında ehtiyatlar ötən illə müqayisədə 2,2 milyard kubmetr artıb

Azərbaycanda ödəniş kartlarının sayı 23,4 milyona yaxınlaşıb
İqtisadiyyat 11:55
Azərbaycanda ödəniş kartlarının sayı 23,4 milyona yaxınlaşıb

Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:46
Qızıl və gümüş ucuzlaşıb
Onlayn kreditə müraciət edərkən dələduzluğa qarşı diqqətli olmaq lazımdır
İqtisadiyyat 11:19
Onlayn kreditə müraciət edərkən dələduzluğa qarşı diqqətli olmaq lazımdır
Azeri Light Crude Climbs to $127.6 per Barrel
İqtisadiyyat 11:00
Azeri Light Crude Climbs to $127.6 per Barrel
Gold and Silver Futures Retreat on COMEX Exchange
İqtisadiyyat 10:30
Gold and Silver Futures Retreat on COMEX Exchange
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
İqtisadiyyat 16:46
Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol