İran səfiri Fransa XİN-ə çağırılıb
Fransa Xarici İşlər Nazirliyi İranın ölkədəki şagird etirazları ilə bağlı yaydığı məlumatlara görə İranın Parisdəki səfirini XİN-ə çağırıb.Bu barədə Fransa XİN-in sözçüsü Paskal Konfavrönün bəyanatında bildirilib.
Bəyanatda İran XİN-in rəsmi hesablarında internetdə yalan məzmun yayılmasının "tamamilə qəbuledilməz" olduğu vurğulanıb. Konfavrö həmçinin oktyabrın 6-da Fransanın Tehrandakı səfirinin İran XİN-ə çağırılmasını əsassız adlandırıb.
"Bu nalayiq təxribatlara son qoyulmalıdır", - o deyib.
Bundan əvvəl İran Fransa səfiri Pyer Koşarı ölkədə davam edən şagird etirazları zamanı nümayişçilərə qarşı hakimiyyətin zorakılıq tətbiq etdiyini və insan hüquqlarını pozduğunu bildirməsi ilə əlaqədar XİN-ə çağırmışdı.
Son xəbərlər
Daha çox