• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Azərbaycan əsgərinin qaytarılmasından danışıb

Paşinyan Azərbaycan əsgərinin qaytarılmasından danışıb
08.10.2026 13:26

 

Azərbaycan hərbçisi atəş açmasaydı, Ermənistan tərəfi onu həmin gün Azərbaycana qaytarardı. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Əgər Azərbaycan əsgəri atəş açmasaydı, biz onu həmin gün geri qaytarardıq”, - Ermənistanın baş naziri bildirib.

O, hadisənin sülh prosesinə təhlükə yaratacağını düşünmədiyini deyib.

“Bu, artıq problemdir, amma düşünmürəm ki, bu, sülh prosesinə heç bir şəkildə təhlükə yaradacaq”, - Paşinyan qeyd edib.

Baş nazirin sözlərinə görə, hazırda sülh bərqərar olub.

Paşinyan baş verən hadisənin qiymətləndirilməməsinin tərəfdarı olmadığını, lakin Ermənistan parlamentindəki son müzakirələrdən narahat olduğunu bildirib.

O, tərəfləri adekvatlığı itirməməyə çağırıb.

Azərbaycan hərbçisi Nəsimi Musayev sentyabrın sonlarında xidmət yerini tərk etdikdən sonra Ermənistan ərazisində saxlanılıb. Ermənistan tərəfi onun Şaki kəndində bir qadına atəş açdığını iddia edərək barəsində cinayət işi açıb və hazırda həbsdə olduğunu bildirir.  Paşinyan daha əvvəl hərbçinin Ermənistanda qalacağını və cinayət işi üzrə prosedurların Ermənistan ərazisində aparılacağını açıqlayıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Siyasət 22:02
İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
XİN İspaniyaya başsağlığı verib
Siyasət 19:01
XİN İspaniyaya başsağlığı verib

İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik edib
Siyasət 11:08
İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik edib
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Siyasət 19:41
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Siyasət 14:00
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Azərbaycan BƏƏ-nin Lana Nusseibehin BMT baş katibliyinə namizədliyi təşəbbüsünü alqışlayır
Siyasət 11:25
Azərbaycan BƏƏ-nin Lana Nusseibehin BMT baş katibliyinə namizədliyi təşəbbüsünü alqışlayır
Əliyev: Azərbaycana potensial risklər ölkə hüdudlarından kənardan gəlir
Siyasət 10:54
Əliyev: Azərbaycana potensial risklər ölkə hüdudlarından kənardan gəlir
Prezident Forumda çıxış edir
Siyasət 10:02
Prezident Forumda çıxış edir
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Siyasət 22:29
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol