• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev və Sərdar Berdiməhəmmədov arasında görüş keçirilib

Əliyev və Sərdar Berdiməhəmmədov arasında görüş keçirilib
08.10.2026 14:14

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Görüş oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilib.

Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlanıb. Bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı bildirilib.

 

Qeyd olunub ki, ötən ildən etibarən Azərbaycan və Türkmənistan arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini və qarşılıqlı əlaqələrin dinamikasını göstərir.

 

Görüşdə Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik inkişaf etdiyi vurğulanıb. Tərəflər mədəni və humanitar əməkdaşlıq, Xəzər dənizi məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət barədə də fikir mübadiləsi aparıblar.

 

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Azərbaycanla region dövlətləri arasında tərəfdaşlığın möhkəmləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

 

İlham Əliyev tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

 

Dövlət başçısı Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini də xatırladıb və bu təşəbbüsü irəli sürən Qurbanqulu Berdiməhəmmədova minnətdarlığını ifadə edib.

 

Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
Siyasət 14:41
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
Əliyev və Sərdar Berdiməhəmmədov arasında görüş keçirilib
Siyasət 14:14
Əliyev və Sərdar Berdiməhəmmədov arasında görüş keçirilib
Paşinyan Azərbaycan əsgərinin qaytarılmasından danışıb
Siyasət 13:26
Paşinyan Azərbaycan əsgərinin qaytarılmasından danışıb
Azərbaycan və Mərkəzi Asiya ölkələri birgə bəyanat imzalayıb
Siyasət 12:26
Azərbaycan və Mərkəzi Asiya ölkələri birgə bəyanat imzalayıb
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir
Siyasət 10:19
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir
Əliyev Türkmənistana işgüzar səfərə gedib
Siyasət 09:26
Əliyev Türkmənistana işgüzar səfərə gedib
Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Siyasət 19:15
Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib
Siyasət 18:21
Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib

Prezident İlham Əliyev Putinə zəng edib
Siyasət 15:37
Prezident İlham Əliyev Putinə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol