“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Almaniyanın “Borussiya Dortmund” klubu ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.Bu barədə klub məlumat yayıb.
Biletlərin qiyməti 15, 40, 50, 75, 120 və 650 manatdır. Biletləri “iTicket.az”ın internet saytı vasitəsilə onlayn əldə etmək mümkündür.
Görüş oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.