• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət büdcəsinin gəlirləri proqnozu 787,7 milyon manat üstələyib

Dövlət büdcəsinin gəlirləri proqnozu 787,7 milyon manat üstələyib
09.10.2026 10:49

Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2026-cı ilin yanvar-sentyabr aylarında 29 milyard 312,1 milyon manat təşkil edib. Bu, proqnozla müqayisədə 787,7 milyon manat və ya 2,8% çoxdur. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 169,7 milyon manat və ya 0,6% artıb.

Yanvar-sentyabr aylarında dövlət büdcəsinin xərcləri 25 milyard 348,2 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 680 milyon manat və ya 2,8% çoxdur.

Dövlət büdcəsinin icrası nəticəsində 3 milyard 963,9 milyon manat profisit yaranıb.

Həmin dövrdə icmal büdcənin gəlirləri 36 milyard 730,8 milyon manat, xərcləri isə 30 milyard 89,9 milyon manat olub.

Məlumata görə, ilin ilk doqquz ayında xəzinədarlıq orqanları tərəfindən 984 mindən çox ödəniş tapşırığı icra edilib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - yenilənib
Cəmiyyət 20:59
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - yenilənib
Maliyyə nazirinə yeni müavin təyin olunub
Cəmiyyət 20:09
Maliyyə nazirinə yeni müavin təyin olunub
Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Cəmiyyət 18:04
Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Bakıda özəl uşaq bağçasında zorakılıq iddiası ilə bağlı cinayət işi başlanıb - video
Cəmiyyət 17:18
Bakıda özəl uşaq bağçasında zorakılıq iddiası ilə bağlı cinayət işi başlanıb - video
Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxsləri təltif edib - sərəncam
Cəmiyyət 16:17
Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxsləri təltif edib - sərəncam
Ötən il 60 yaşdan yuxarı neçə nəfər ailə qurub? - statistika
Cəmiyyət 16:03
Ötən il 60 yaşdan yuxarı neçə nəfər ailə qurub? - statistika
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
Cəmiyyət 15:25
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
SatAnar Korporativ Satış Kursuna qeydiyyat elan edilir
Cəmiyyət 15:03
SatAnar Korporativ Satış Kursuna qeydiyyat elan edilir

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 15:01
Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol