Çin xarici işlər naziri Azərbaycana səfər edəcək
Çinin xarici işlər naziri Van İ oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşündə iştirak edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Van İ tədbirdə Çin Xalq Respublikasının sədri Si Cinpinin xüsusi nümayəndəsi kimi iştirak edəcək.
Məlumatda o da bildirilib ki, Çin XİN rəhbəri oktyabrın 14-dən 20-nə qədər Azərbaycandan əlavə Xorvatiya, Monteneqro və Bolqarıstana da səfər edəcək.