Təkrar nikaha girən qadınlar kişiləri 2,5 dəfə üstələyib
2025-ci il 15-29 yaşlı dul və boşanmış qadınlardan 1 120-si nikaha daxil olub. Bu, eyni vəziyyətdə olan kişilərin sayından 675 nəfər və ya təxminən 2,5 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Nikaha daxil olanlar arasında 1 098 boşanmış qadın və 22 dul qadın, 441 boşanmış kişi və 4 dul kişi olub. Beləliklə, ümumi say 1 565 nəfər təşkil edib.
Yaş qrupları üzrə nikaha daxil olan dul və boşanmış şəxslərin 13-ü 15-19, 379-u 20-24, 1 173-ü isə 25-29 yaşında olub.
Gülnar Nazimqızı