Bu yolda hərəkət məhdudlaşdırılacaq
Təmir işləri ilə əlaqədar oktyabrın 17-də Binəqədi şossesinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq ediləcək.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məhdudiyyət Binəqədi şossesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində saat 06:00-dan qüvvəyə minəcək.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.