Sankt-Peterburqda dörd nəfər meymunçiçəyinə yoluxub
Rusiyanın Sankt-Peterburq şəhərində meymunçiçəyi virusuna yoluxan dörd nəfər xəstəxanaya yerləşdirilib.Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, tibb işçiləri həmin şəxsləri Krasnoqvardeyski rayonundakı mənzildən götürüblər. Yoluxma test nəticələri ilə təsdiqlənib və onlar Botkin adına xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumatlara əsasən, xəstələrin hamısı infeksiya mənbəyi ilə təmasda olublar. Onların vəziyyəti orta-ağır qiymətləndirilir. Xəstələrdə yüksək hərarət və limfa düyünlərinin böyüməsi müşahidə olunur.