Putin Roma Papası ilə telefonla danışıb
Rusiya Prezidenti Vladimir Putin Roma Papası XIV Leo ilə telefon danışığı aparıb.Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Putin bu yaxınlarda cərrahi əməliyyat keçirən pontifikə möhkəm cansağlığı və tezliklə sağalmasını arzulayıb.
Rusiya Prezidenti Rusiya ilə Vatikan arasında mənəvi-əxlaqi dəyərlərin təşviqi, eləcə də dünyanın müxtəlif bölgələrində xristianların və müqəddəs məkanların qorunması sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Tərəflər, həmçinin Rus Pravoslav və Roma Katolik kilsələri arasında dialoqun davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Son xəbərlər
Daha çox