Azərbaycanın Fransadakı səfiri Bricit Makronla görüşdə iştirak edib
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransanın birinci xanımı Bricit Makronun qadın diplomatlarla keçirdiyi görüşdə iştirak edib. Bu barədə Leyla Abdullayeva “X” sosial şəbəkə hesabında məlumat verib.
Səfirin sözlərinə görə, nahar formatında təşkil olunan görüşdə qadınlar, uşaqlar, təhsil, sağlamlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Abdullayeva paylaşımında tədbir zamanı Bricit Makronla çəkdirdiyi fotoları da yayımlayıb.
Son xəbərlər