Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib
Azərbaycanın Belçikadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsinin surətini Belçika Kralı Filipə təqdim edib.Səfir bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, görüş zamanı Azərbaycan-Belçika münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional proseslər müzakirə olunub.
“Etimadnaməmi Belçika Kralı Əlahəzrət Filipə təqdim etmək şərəfinə nail oldum. Müzakirələrimiz Azərbaycan-Belçika münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional proseslər ətrafında cəmləşdi”, – Əhmədzadə yazıb.