Dumanlı və yağıntılı hava ilə əlaqədar magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Şənbə günü Azərbaycanın bəzi bölgələrində gözlənilən yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi 500 metrdən 1000 metrədək məhdudlaşa bilər.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.