Eldəniz Əzizli beşqat dünya çempionu olub
Azərbaycan güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
55 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək karyerasında beşinci dəfə dünya çempionu olub.
Bu gün Azərbaycanın digər güləşçisi Sənan Süleymanov (77 kq) da finalda moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq.