Belqradda İsrail səfirliyinə hücum olub, təhlükəsizlik əməkdaşı yaralanıb
Bıçaqlı şəxs İsrailin Serbiyadakı səfirliyinin yaxınlığında təhlükəsizlik əməkdaşına hücum edib.
İsrail mediasının xəbərinə görə, hücumu törədən yetkinlik yaşına çatmayan şəxs zərərsizləşdirilib, onun şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.
Serbiyanın daxili işlər naziri İvitsa Daçiç bildirib ki, hakimiyyət baş verənləri terror aktı kimi qiymətləndirir.
Məlumata görə, hücumu törədən şəxs hadisəsən əvvəl “Allahu Əkbər" deyə qışqırıb. Onun yanında iki bıçaq olub.
Hadisənin digər halları və yaralı mühafizəçinin vəziyyəti barədə məlumat verilmir.
Son xəbərlər