Azərbaycanda bu müdirlər 5 min manatcərimələnə bilər
Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir.
Bu bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsdən qisas almaq məqsədilə ona tənbeh tətbiq edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə, vəzifədən azad edilməsinə, başqa işə keçirilməsinə, əməkhaqqından qanunsuz tutulmalar aparılmasına, vəzifədə irəli çəkilməsinə və ya həvəsləndirilməsinə maneçilik törədilməsinə, mənfi xarakterizə edilməsinə və digər bu cür tədbirlərin tətbiqinə görə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.
Son xəbərlər
Daha çox