Bakıda əmək yarmarkasında 150 müəssisə 1 000-dən çox vakansiya təqdim edib
Bakıda keçirilən növbəti əmək yarmarkasında 150 müəssisə tərəfindən 1 000-dən artıq vakansiya təqdim olunub. Yarmarkada işaxtaran şəxslərin vakansiyalara uyğun qeydiyyatı aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi yarmarkada nazirliyin, Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri, işəgötürənlər və işaxtaran şəxslər iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev əmək yarmarkalarının əhalinin məşğulluğunun təmin edilməsində effektiv alətlərdən biri olduğunu bildirib.
Onun sözlərinə görə, cari ildə də 200-ə yaxın əmək yarmarkası keçirilib. Bu tədbirlər işaxtaranlarla işəgötürənlər arasında birbaşa əlaqənin qurulmasına və vakansiyalar barədə məlumatlılığın artırılmasına imkan yaradır.
Yarmarkada Dövlət Məşğulluq Agentliyinin tabeliyində olan Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera Filialı da stendlərlə təmsil olunub.
İşsiz və işaxtaran vətəndaşlara peşə hazırlığı kursları, kurslara müraciət qaydaları barədə məlumat verilib. Mərkəzi Karyera Filialı tərəfindən iştirakçılar üçün peşəyönümü məsləhət xidmətinə dair məlumatlandırma təlimi də keçirilib.
Son xəbərlər
Daha çox