XİN İspaniyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İspaniyada çoxsaylı insan tələfatı ilə nəticələnən dəmir yolu qəzası ilə əlaqədar başsağlığı verib.Bu barədə XİN-in “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
“İspaniyada baş vermiş faciəvi dəmir yolu qəzası bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İspaniya hökumətinə və xalqına səmimi başsağlığımızı bildiririk. Bu faciədən zərər çəkən hər kəsə mənəvi dəstəyimizi ifadə edirik. Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayırıq”, – paylaşımda qeyd olunub.
İspaniyanın Toledo vilayətindəki Urda stansiyası yaxınlığında “Renfe” və “Iryo” qatarlarının toqquşması nəticəsində dəmir yolu qəzası baş verib. Son məlumatlara görə, hadisə nəticəsində azı 64 nəfər həlak olub.