İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev İspaniyada çoxsaylı insan tələfatı ilə nəticələnən dəmir yolu qəzası ilə əlaqədar Baş nazir Pedro Sançesə başsağlığı verib.Bu barədə dövlət başçısının “X” sosial şəbəkə hesabında paylaşım edilib.
“İspaniyada baş vermiş faciəvi qatar qəzası məni dərindən kədərləndirib.Baş nazir Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı verirəm.Bütün xəsarət alanlara tezliklə sağalmalarını arzulayıram”, – paylaşımda qeyd olunub.