• $
  • €
  • ₽
  • ₺
  • £

Məcnun Məmmədov: Azad edilmiş ərazilərdə 230 hektar istixana sahəsi yaradılacaq

Məcnun Məmmədov: Azad edilmiş ərazilərdə 230 hektar istixana sahəsi yaradılacaq
30.10.2026 11:07

Azad edilmiş ərazilərdə sənaye üsulu ilə istixana layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Artıq layihə üçün ayrılması planlaşdırılan 230 hektar əraziyə sahibkarlar tərəfindən investisiya marağı göstərilib. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Onun sözlərinə görə, bölgələrdə keçirilən müşavirələrdən sonra fermer və sahibkarlar tərəfindən müxtəlif istiqamətlər üzrə investisiya layihələri təqdim olunub. Hazırda həmin layihələrin reallaşdırılması və planlaşdırılması istiqamətində işlər aparılır.

Nazir qeyd edib ki, Prezidentin çağırışından sonra heyvandarlıq, bağçılıq və istixana təsərrüfatları sahələrində fermer və sahibkarların investisiya marağı əhəmiyyətli dərəcədə artıb.

Məmmədovun sözlərinə görə, 230 hektarlıq istixana layihəsi bu marağın konkret nümunələrindən biridir. Əraziyə investisiya yatırılması ilə bağlı sahibkarların marağı yüksəkdir və layihənin daha da genişləndirilməsi nəzərdə tutulur.

Nazir müasir suvarma sistemlərinin tətbiqi istiqamətində də müsbət dinamikanın olduğunu vurğulayıb.

O bildirib ki, 2025-ci ilin sonlarında ölkədə müasir suvarma sistemləri ilə təmin olunan sahələrin həcmi 130 min hektar olduğu halda, hazırda bu göstərici 150-155 min hektarı ötüb.

Məmmədov qeyd edib ki, bir il ərzində müasir suvarma sistemlərinin əhatə etdiyi ərazilərin 20-25 min hektar genişlənməsi ümidverici göstəricidir.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxsləri təltif edib - sərəncam
Cəmiyyət 16:17
Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxsləri təltif edib - sərəncam
Ötən il 60 yaşdan yuxarı neçə nəfər ailə qurub? - statistika
Cəmiyyət 16:03
Ötən il 60 yaşdan yuxarı neçə nəfər ailə qurub? - statistika
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
Cəmiyyət 15:25
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 15:01
Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur
Cəmiyyət 14:08
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur
Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 13:46
Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb
Ağdam şəhərinə köç olub
Cəmiyyət 13:36
Ağdam şəhərinə köç olub

Noyabrda hava kəskin dəyişəcək- Xəbərdarlıq
Cəmiyyət 13:21
Noyabrda hava kəskin dəyişəcək- Xəbərdarlıq
Qüdrət Həsənquliyev korrupsiya cinayətinin iştirakçıları üçün güzəşt təklif edib
Cəmiyyət 13:20
Qüdrət Həsənquliyev korrupsiya cinayətinin iştirakçıları üçün güzəşt təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol