• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat hakimlərin telefon zənglərinə cavab verməməsindən şikayətlənib

Deputat hakimlərin telefon zənglərinə cavab verməməsindən şikayətlənib
30.10.2026 12:32

Milli Məclisin deputatı Hikmət Babaoğlu pulsuz hüquqi yardım haqqında qanun layihəsinin müzakirəsi zamanı hakimlərin deputatların zənglərinə cavab verməməsi, məhkəmə işlərinin başqa rayonlarda araşdırılması, eləcə də Vəkillər Kollegiyasına daxil olan şikayətlərin artması ilə bağlı narazılığını ifadə edib.

Deputat çıxışında bildirib ki, bəzi hakimlər deputatların onlara zəng etməsini məhkəmə hakimiyyətinə müdaxilə kimi qiymətləndirə bilər.

Bununla belə, onun sözlərinə görə, bəzi hallarda hakimlər şikayətçilərin yanında olduqları üçün deputatlara zəng etdiklərini əsas gətirirlər.

O, başqa rayonlarda baş vermiş hadisələrlə bağlı işlərin digər rayonların məhkəmələrində araşdırılması hallarının da aydınlaşdırılmasını istəyib.

Deputat bildirib ki, bəzi hallarda hakimlərin işin öz rayonlarında araşdırılması ilə bağlı əvvəlcədən razılaşdıqları barədə məlumatlar əldə edir və bunun hansı əsasla baş verdiyini anlamır.

Çıxışında Vəkillər Kollegiyasının fəaliyyətinə də toxunan deputat quruma daxil olan şikayətlərin sayının artmasına baxmayaraq, inzibati tədbirlərin sayının azaldığını vurğulayıb.

Onun təqdim etdiyi statistikaya görə, 2024-cü ildə Kollegiyaya 1 116, 2025-ci ildə isə 1 506 şikayət daxil olub. Həmin dövrdə inzibati tədbirlərin sayı 185-dən 162-yə düşüb.

Deputat vəkillərin regionlar üzrə qeyri-bərabər bölgüsünü də problem kimi qiymətləndirib. O bildirib ki, ölkədə fəaliyyət göstərən vəkillərin 81 faizi Bakıda çalışır.

Onun fikrincə, hüquqi xidmətlərin regionlarda əlçatanlığını artırmaq üçün vəkillərin bölgələrdə təmsilçiliyinə xüsusi diqqət yetirilməlidir.

Gülnar Nazimqızı 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
Cəmiyyət 15:25
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 15:01
Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur
Cəmiyyət 14:08
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur
Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 13:46
Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb
Ağdam şəhərinə köç olub
Cəmiyyət 13:36
Ağdam şəhərinə köç olub

Noyabrda hava kəskin dəyişəcək- Xəbərdarlıq
Cəmiyyət 13:21
Noyabrda hava kəskin dəyişəcək- Xəbərdarlıq
Qüdrət Həsənquliyev korrupsiya cinayətinin iştirakçıları üçün güzəşt təklif edib
Cəmiyyət 13:20
Qüdrət Həsənquliyev korrupsiya cinayətinin iştirakçıları üçün güzəşt təklif edib
Deputat xəbərçilik edənlərə mükafat verilməsini məqbul saymır
Cəmiyyət 13:11
Deputat xəbərçilik edənlərə mükafat verilməsini məqbul saymır

Bu il Azərbaycanda 246 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Cəmiyyət 13:09
Bu il Azərbaycanda 246 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol