Maliyyə nazirinə yeni müavin təyin olunub
Azərbaycanın maliyyə nazirinə yeni müavin təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Sadiq Əliyev maliyyə nazirinin müavini təyin olunub. Bununla da nazir müavinlərinin sayı dördə çatıb.
Sadiq Əliyev əmək fəaliyyətinə 2005-ci ildə özəl sektorda başlayıb. 2006-2019-cu illərdə Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2019-cu ildə İqtisadiyyat Nazirliyinin Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib.
O, 2019-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri, 2024-2026-cı illərdə isə nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri olub.
Sadiq Əliyev 2026-cı il yanvarın 8-dən Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb.
O, Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İdarə Heyətinin üzvüdür.