• $
  • €
  • ₽
  • ₺
  • £

Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır

Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
02.11.2026 11:38

Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqe kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiya nümunəsidir. Bu barədə Media və Yayım Şurasının açıqlamasına qeyd edilib.

Bildirilib ki, Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir.

"Bir daha vurğulayırıq ki, Azərbaycan Respublikası Prezidentinin çıxışları, bəyanatları və fəaliyyəti barədə məlumatların ilkin və rəsmi mənbəyi dövlət başçısının rəsmi internet informasiya ehtiyatı və sosial şəbəkə hesablarıdır. Bu mövzuda məlumatların hazırlanması və yayılması zamanı məhz həmin mənbələrə istinad olunmalı, digər resurslarda təqdim edilən ifadə və fikirlər rəsmi mənbələrdən təsdiqlənmədən dövlət başçısına aid edilməməlidir.

Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatların dəqiqliyinin yoxlanılmasına məsuliyyətlə yanaşmağa, təqdim olunan məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə dəqiqləşdirməyə və dezinformasiyanın yayılmasına yol verməməyə çağırır", - açıqlamada vurğulanıb.

Azərbaycan Prezidentinin sosial şəbəkə hesabları ilə bu linkdən tanış olmaq mümkündür.

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol