• $
  • £

Con Kerri prezidentlərlə əlaqə saxlayıb

Con Kerri prezidentlərlə əlaqə saxlayıb
19.11.2013 11:42
ABŞ dövlət katibi Con Kerri və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər. APA-nın ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, bu barədə C. Kerri və Ə. Davudoğlu görüşdən sonra keçirdikləri mətbuat konfransında bildiriblər. Ə. Davudoğlu müxtəlif mexanizmlər – ATƏT-in Minsk Qrupu həmsədrləri vasitəsilə və ikitərəfli səviyyədə məsləhətləşmələr aparıldığını deyib: “Ümid edirik ki, bu dondurulmuş münaqişə tezliklə həll olunacaq, Qafqaza və bu bölgəyə sülh gələcək. Mən bu gün Con Kerri ilə bərabər bizim, ABŞ və Türkiyənin bu məsələyə eyni perspektivdən baxdığımızı görməkdən şadam. Biz prezidentlər Əliyev və Sarkisyanın görüşünün uğurlu olacağına ümid bəsləyirik”.    C. Kerri isə qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentləri ilə əlaqə saxladığını və danışıqlarda irəliləyiş əldə olunacağına ümid etdiyini söyləyib: “Mən son 72 saat ərzində prezident Əliyev və prezident Sarkisyanla danışmışam. Yaxın saatlarda onlar görüşəcəklər. Biz prosesin irəliləməsini istəyirik və bu məsələdə iştiraka davam edəcəyik”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib
Siyasət 13:56
ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib
Azərbaycan XİN Venesuelanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 11:26
Azərbaycan XİN Venesuelanı Milli Günü münasibətilə təbrik edib
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
Siyasət 13:33
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
Prezident Trampı təbrik edib
Siyasət 10:30
Prezident Trampı təbrik edib
Azərbaycan XİN ABŞ-ni təbrik edib
Siyasət 08:44
Azərbaycan XİN ABŞ-ni təbrik edib
Hikmət Hacıyev ABŞ-ni Müstəqillik Günü münasibəti ilə təbrik edib
Siyasət 23:16
Hikmət Hacıyev ABŞ-ni Müstəqillik Günü münasibəti ilə təbrik edib
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib
Siyasət 19:43
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib
Azərbaycan nümayəndə heyəti Tehranda Əli Xamenei ilə vida mərasimində iştirak edib - video
Siyasət 15:27
Azərbaycan nümayəndə heyəti Tehranda Əli Xamenei ilə vida mərasimində iştirak edib - video
Hacıyev Ceffri Saksla dayanıqlı inkişaf və geoiqtisadiyyatı müzakirə edib
Siyasət 12:40
Hacıyev Ceffri Saksla dayanıqlı inkişaf və geoiqtisadiyyatı müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol