• $
  • €
  • ₽
  • ₺
  • £

“Bu, İlham Əliyevin sevimli filmidir”- Yuli Qusman

“Bu, İlham Əliyevin sevimli filmidir”- Yuli Qusman
29.05.2020 08:30
"Mənə elə gəlir ki, bu film Azərbaycan xalqına, necə deyərlər, məhəbbət etirafıdır" 
Həmyerlimiz, tanınmış rejissor-ssenarist Yuli Qusman “Şöhrət” ordeni ilə təltif olunmasına münasibət bildirib. Yuli Qusman AzərTAc-ın müxbirinə müsahibəsində bildirib ki, xidmətlərinin vətənda xidmətlərinin belə yüksək qiymətləndirilməsindən məmnun olduğunu deyib: “Bilirsiniz, mən və ailəm Azərbaycana o qədər bağlıyıq ki, filmin premyerasının məhz  Vətənimdə baş tutduğuna hədsiz sevindim. Çox şadam ki, mənim əməyim məhz burada, Azərbaycanda yüksək qiymətləndirildi. Mənə elə gəlir ki, bu film Azərbaycan xalqına, necə deyərlər, məhəbbət etirafıdır. Çünki başqa heç bir məqsəd ola bilməz. Bu böyük aktyorlar özlərini çox xoşbəxt hiss edirdilər. Çünki onlar - ən kiçik rolları ifa edən artistlərdən tutmuş SSRİ Xalq artistlərinədək bütün iştirakçılar 2 il Azərbaycanda olublar.  
Azərbaycan artistləri, “Bakılı oğlanlar” - Tahir və Cabir İmanovlar, Bəhram Bağırzadə çox gözəl oynayıblar.
Mən deməliyəm ki,  dağlıq yollardan keçəndə onları sadəcə tanımadıq. Ola bilməz. Mən Bakıya tez-tez gəlirəm, onun necə dəyişdiyini görmüşəm. Amma Qəbələyə, Balakənə, Zaqatalaya, Qaxa gedən  yollarda da böyük işlər görülüb. Biz yalnız Gürcüstanla sərhəddə normal vəhşi təbiətin bir parçasını gördük. İndi hər yerdə tikinti gedir, orada da Bakıdakı kimi müasir mehmanxanalar var. 
Bu, adamı heyrətləndirir, axı ölkə balacadır. Düzdür, onun nefti var. Amma belə sıçrayış sadəcə ağlasığmazdır. Bu, Heydər Əlirza oğlunun sayəsində mümkün olub, indi isə biz İlham Heydər oğlunun yaratdıqlarına məftun oluruq. Bu, bir ənənədir. Mən, əlbəttə, çox razıyam, sevinirəm ki, Vətən mənim xidmətlərimi belə yüksək qiymətləndirib. Ümidvaram ki, bu film İlham Heydər oğlunun xoşuna gələcək, çünki “Qorxma, mən səninləyəm” onun sevimli filmidir. Hər halda biz onu məyus etməyəcəyik”.       
Xatırladaq ki, noyabrın 15-də Heydər Əliyev sarayında məşhur həmyerlimiz, tanınmış rejissor-ssenarist Yuli Qusmanın “Qorxma, mən səninləyəm! 1919” filminin təqdimat mərasimi olub. 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol