• $
  • €
  • ₽
  • ₺
  • £

Nəşriyyatdan Nobel mükafatlı yazıçıya rədd cavabı

Nəşriyyatdan Nobel mükafatlı yazıçıya rədd cavabı
29.05.2020 09:09
 Arxiv sənədləri göstərir ki, builki Nobel mükafatçısı, kanadalı yazar Alice Munronun Amerika kitab bazarına yol tapması asan olmayıb.Əsərlərini göndərdiyi “Knopf” nəşriyyatından “yox” cavabları alıb (Foto). Bunlardan biri onu hekayələr toplusu, digəri isə romanı ilə bağlı olub.Amerikanın ən böyük nəşriyyatlarından olan “Knopf”un bir çox arxiv sənədləri Austin-dəki Texas Universitetində saxlanır.“Knopf’un redaktoru  Judith Jones 1968-ci ildə Munro-nun “Xoşbəxt kölgələrin rəqsi” adlı ilk hekayələr kitabını oxuyandan sonra ona yazır ki, kitabda xüsusi olaraq diqqət çəkən yeni bir şey yoxdur və çox mümkündür ki, oxucuların diqqətini cəlb etməsin. Judith Jones yazıçıya göndərdiyi digər məktubda onun “Lives of Girls and Women” (Qızların və qadınların həyatı) romanı haqda fikrini bölüşür.Romanın üslubunu bəyəndiyini yazsa da, yenə də “yox” cavabı verir. Bildirir ki, Munronun roman yazmaq bacarığı olsa da, onun sırf hekayə yazarı olduğu aydın görünür.   Munronun yaradıcılığı ilə bağlı mühazirələr oxuyan ədəbiyyatşünas Brian Doherty deyir ki, nəşriyyatların yüksək satışa nail olmaq üçün yazıçıları yazıya, ədəbiyyata yanaşmanı dəyişməyə sövq etməsini eşitmək üzücüdür. Amerikada Munronun ilk romanını 1972-ci ildə “McGraw-Hill” nəşriyyatı çap edib və kitabın uğurundan sonra nəşriyyat onun hekayələr toplusunu da buraxıb.Doherty bildirir ki, Munro-nun öz üslubu və ədəbiyyata baxışını dəyişmədən yazmağa davam etməsi yazıçılar üçün bir nümunədir.www.dailytexanonline.comoxuzali.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol