• $
  • £

Manatı xarici valyutaya çevirmək istəyənlərin NƏZƏRİNƏ

Manatı xarici valyutaya çevirmək istəyənlərin NƏZƏRİNƏ
18.02.2015 00:05
"Bu proses çox ciddi şəkildə izlənilir”

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarına göstəriş verib ki, heç bir maneə törətmədən manatda olan əmanətlərini xarici valyutaya çevirmək istəyən əmanətçilərə hər bir şərait yaradılsın.
 
"APA-Economics”in məlumatına görə, bunu Dövlət Televiziyasının (AzTV) efirində Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
 
"Azərbaycan əhalisinin banklarda 7 milyard manat ekvivalentində əmanəti var. Bunun yarısı milli valyutadadır, yarısı isə xarici valyutada. Son iki ayda biz görürük ki, müəyyən dollarlaşma prosesi gedir. Bu, cəmi 4% artımdır. Bizim banklara tövsiyə və göstərişimiz ondan ibarət olub ki, heç bir maneə törətmədən manatda olan əmanətlərini xarici valyutaya çevirmək istəyən əmanətçilərə hər bir şərait yaradılsın. İstənilən vətəndaş bunu (əmanətini xarici valyutaya çevirmək - red.) etmək istəyirsə, onun buna tam hüququ var. Bu gün banklar bunu edir… Bu gün biz müşahidə edirik ki, xarici valyutada olan depozitlər üzrə faiz dərəcələri milli valyutada olan depozitlər üzrə faiz dərəcələrinə yaxınlaşır. Yaranmış vəziyyətdə bu, doğrudur”, - deyə E. Rüstəmov bildirib.
 
AMB rəhbəri banklara müraciət edərək əhalinin əmanətlərinə qarşı maksimum həssas olmağı tövsiyə edib: "Banklar əmanətlərin konvertasiyasını təmin etməlidir. Biz bu prosesi çox ciddi izləyirik. Çox sevindirici haldır ki, banklardan əhalinin əmanətlərinin qaçışının şahidi olmuruq”.
 
Valyuta mübadiləsi məntəqələrindəki yaranmış vəziyyətə toxunan baş bankir qeyd edib ki, bu gün nağd valyutaya təlabat artıb. Mərkəzi Bank tərəfindən bütün bankların nağd valyuta ilə tam təmin olunduğunu deyən E. Rüstəmov bildirib ki, valyutanın hansı formada saxlanılması "əhalinin şəxsi seçimidir”.
 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakiya qar yağdı
06:14
Bakiya qar yağdı
05:15
"Beynəlxalq Bank"ın prezidenti istefa verdi
Bu gün hamı Azadlıq meydanına toplaşacaq
10:25
Bu gün hamı Azadlıq meydanına toplaşacaq
Xəbər ANı. Milli Şuranın
10:01
Xəbər ANı. Milli Şuranın "Talana son" mitinqi
Dollarla kredit ödəyənlərin taleyi necə olacaq? - AÇIQLAMA
16:13
Dollarla kredit ödəyənlərin taleyi necə olacaq? - AÇIQLAMA
Bakıda mağazalar məhsul satışını dayandırdılar
10:00
Bakıda mağazalar məhsul satışını dayandırdılar
Manatı xarici valyutaya çevirmək istəyənlərin NƏZƏRİNƏ
00:05
Manatı xarici valyutaya çevirmək istəyənlərin NƏZƏRİNƏ
Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 23 il ötür
09:48
Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 23 il ötür
13:03
"Azərbaycan dünyada görünməmiş vəhşiliklə üzləşib" - Asim Mollazadə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol