• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək

Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək
29.05.2020 07:13
2015-ci ilin 20-24 aprel tarixlərində Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, festival çərçivəsində 20 aprel saat 12:00-da Qara Qarayev adına 8 saylı uşaq musiqi məktəbində ustad dərsləri, saat 19:00-da isə Azərbaycan Dövlət Filarmoniyasında açılış mərasimi keçiriləcək. Açılış mərasimində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında Q.Qarayev, V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Festival çərçivəsində 21 aprel saat 12:00-da Muzey Mərkəzində Marianna Visotskayanın təqdimatında mühazirə və operaya baxış, saat 19:00-da Kamera və Orqan Musiqisi Zalında "Laut Käfig" ətrafında proqram, 22 aprel saat 12:00-da Muzey Mərkəzində Tstiana Tsareqradskayanın təqdimatında mühazirə və operaya baxış, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Stories of Love" adlı Multimedial Layihənin təqdimatı, 23 aprel saat 12:00-da Muzey Mərkəzində "XX-XXI əsrlərin vokal musiqisinin nəzəri problemləri" mövzusunda elmi-nəzəri konfrans, saat 19:00-da Gənc Tamaşaçılar Teatrında Multimedial Opera proqramı keçiriləcək.

Qeyd edək ki, festivalın bağlanış mərasimi 24 aprel saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol