• $
  • £

Bakı bulvarı Avropa Oyunlarına hazırlaşır

Bakı bulvarı Avropa Oyunlarına hazırlaşır
09.04.2015 16:33
Bakı bulvarının ərazisinin Bayraq Meydanından 20-ci sahəyə qədər 3 km, Dəniz Vağzalından Nobel prospekti istiqamətində isə daha 2 km uzadılması nəzərdə tutulur.

Bunu Trend-ə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

"Bulvar ərazisinin İdman Sarayından Bayraq Meydanına qədər olan genişlənmiş 2 km ərazisi Bulvar İdarəsinə verilib. Amma Bayraq Meydanından 20-ci sahəyə qədər genişləndirilməsi nəzərdə tutulan ərazinin nə zaman istifadəyə veriləcəyini deyə bilmərəm”.

N.Məcidov deyib ki, Bakıda keçiriləcək Avropa Oyunları zamanı bulvar ərazisində üç yerdə - Bakı İdman Sarayında, "Crystal Hall" İdman Konsert Kompleksi və Su Oyunları İdman Salonunda yarışlar keçirildiyinə görə, bulvara həmin dövrdə gələcək insanların, xüsusilə xarici qonaqların da sayı artacaq. Bununla əlaqədar bulvarın mühafizə xidmətinin əməkdaşları üçün ingilis dilinin öyrənilməsi məqsədi ilə kurslar təşkil edilib: "Hazırda həm də bulvar ərazisindəki POS-terminalların fəaliyyəti yenidən yoxlanılır ki, xarici vətəndaşlar öz kartları ilə rahat alış-veriş edə bilsinlər. Bulvarda "Wi-Fi" internet şəbəkəsinin genişləndirilməsi üçün də işlər aparılır. Avropa Oyunları dövründə tam bulvar ərazisində olmasa da, əksər hissələrdə, xüsusilə oyunların keçirildiyi ərazilərdə, əsas istirahət mərkəzlərində "Wi-Fi" olacaq. Hazırda bu yerlərin 70-80 faizində "Wi-Fi" var. Oyunlara qədər bunu 100 faiz etməyi nəzərdə tuturuq”.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Ötən il ölkə ərazisindən təxminən 17 milyon ton yük daşınıb
İqtisadiyyat 14:23
Ötən il ölkə ərazisindən təxminən 17 milyon ton yük daşınıb
Cabbarov: Bakı və Sumqayıt Azərbaycanın əsas iqtisadi və bağlantı mərkəzidir
İqtisadiyyat 14:19
Cabbarov: Bakı və Sumqayıt Azərbaycanın əsas iqtisadi və bağlantı mərkəzidir

Azərbaycan neftinin qiyməti 118 dolları keçib
İqtisadiyyat 09:20
Azərbaycan neftinin qiyməti 118 dolları keçib
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:13
Bu günə olan məzənnə açıqlanıb

İlham Əliyev: Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik
İqtisadiyyat 09:11
İlham Əliyev: Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik

"Brent" nefti ucuzlaşıb
İqtisadiyyat 09:06
"Brent" nefti ucuzlaşıb
ABŞ Rusiya nefti ilə bağlı sanksiya istisnasını daha 30 gün uzadıb
İqtisadiyyat 19:53
ABŞ Rusiya nefti ilə bağlı sanksiya istisnasını daha 30 gün uzadıb

Zəngilandakı iki KSES-də istehsal edilmiş enerjinin həcmi açıqlanıb
İqtisadiyyat 16:09
Zəngilandakı iki KSES-də istehsal edilmiş enerjinin həcmi açıqlanıb
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
İqtisadiyyat 12:35
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol