• $
  • €
  • ₽
  • ₺
  • £

Şahzadə - Biz fond olaraq 600 ailəni evlə təmin etmişik

Şahzadə - Biz fond olaraq 600 ailəni evlə təmin etmişik
19.05.2026 11:03

Mənzil siyasətinin məqsədi yalnız insanlara yaşayış sahəsi təqdim etmək deyil, ailələrin iqtisadi müstəqilliyini və ləyaqətli həyatını təmin etməkdir. Bunu HRH Şahzadə Lamia bint Majed Al Saud, UN-Habitat-ın Ərəb Dövlətləri üzrə Regional Xoşməramlı Səfiri bildirib.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) çıxış edən şahzadə qeyd edib ki, ailələrin sosial və iqtisadi dayanıqlılığı mənzil layihələrinin əsas hissəsinə çevrilməlidir.

Onun sözlərinə görə, rəhbərlik etdiyi fond UNHCR ilə birlikdə Yəmənli ailələr üçün 600 mənzil vahidi təqdim edib, lakin layihə yalnız evlərin verilməsi ilə məhdudlaşmayıb.
“Biz ailələr üçün təlim proqramları təşkil etdik və nəticədə təxminən 5 min benefisiar iş imkanları əldə etdi. İnsanlara sadəcə evin açarını vermək kifayət deyil. Onlara işləmək, gəlir əldə etmək və öz həyatlarını qurmaq imkanı yaradılmalıdır”, -  o bildirib.

Şahzadə Lamia vurğulayıb ki, 2030-cu ilə qədər dünya əhalisinin 60%-nin şəhərlərdə yaşayacağı gözlənilir və bu səbəbdən hökumətlərin bütün yükü təkbaşına daşıması mümkün olmayacaq.

O bildirib ki, dayanıqlı mənzil siyasəti dövlətlər, beynəlxalq təşkilatlar və özəl sektor arasında tərəfdaşlıq tələb edir.

“Biz layihələrdə üç əsas prinsipə üstünlük veririk: dayanıqlılıq, beynəlxalq əməkdaşlıq və innovasiya ilə maliyyə dəstəyi. Məqsəd yalnız mənzil tikmək deyil, bütöv bir sosial sistem yaratmaqdır”, - HRH Şahzadə Lamia bint Majed Al Saud əlavə edib.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol