• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkələr cəmi 1 dollar yardım alır - diplomat

Bu ölkələr cəmi 1 dollar yardım alır - diplomat
19.05.2026 12:50

Postmünaqişə və kövrək regionlar iqlim dəyişikliklərinin təsirlərinə ən həssas ərazilərdən biri olsa da, bu ölkələr iqlim maliyyəsindən ən az pay alan tərəflər sırasında qalır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov bildirib.


O, Bakıda keçirilən tədbirdə çıxışı zamanı qeyd edib ki, iqlim çağırışları postmünaqişə ərazilərində mina təhlükəsi, dağıdılmış infrastruktur və məcburi köçkünlərin təhlükəsiz qayıdışı kimi problemlərlə daha da ağırlaşır.

“İqlim dəyişikliyi ilə bağlı ən həssas düşərgələrdə insanlar ildə 200 günədək ekstremal hava hadisələri ilə üzləşirlər. Proqnozlara görə, 2050-ci ilə qədər iqlim qaçqınlarının sayı 70 milyona çata bilər”, - diplomat vurğulayıb.

İsgəndərov bildirib ki, artıq iqlim səbəbindən didərgin düşən insanların sayı münaqişələrdən qaçanların sayını üstələyir.

Onun sözlərinə görə, məhz bu səbəbdən Azərbaycan COP29 çərçivəsində Bakı Hub təşəbbüsü ilə çıxış edib.

Təşəbbüs postmünaqişə və humanitar böhran yaşayan regionlarda “sülhə müsbət təsir edən iqlim həlləri”nin təşviqinə və həmin ölkələr üçün maliyyə imkanlarının genişləndirilməsinə yönəlib.

Diplomat qeyd edib ki, iqlim dəyişikliklərinə ən həssas 27 ölkədən 25-i ən az inkişaf etmiş ölkələr (LDC) sırasındadır və onlar ciddi maliyyə çatışmazlığı yaşayırlar.

“Hər 100 dollar ehtiyac qarşılığında bu ölkələr cəmi 1 dollar maliyyə alırlar”, – o bildirib.

İsgəndərovun sözlərinə görə, Bakı Hub təşəbbüsünə Böyük Britaniya, Almaniya, İtaliya, Misir, Uqanda və Birləşmiş Ərəb Əmirlikləri həmsədrlik edir. Təşəbbüsə 40 dövlət, 300 sülhquruculuq təşkilatı, BMT qurumları, çoxtərəfli inkişaf bankları və iqlim fondları dəstək verib.

O əlavə edib ki, COP29 çərçivəsində qəbul edilən “Bakı çağırışı” sənədi iqlim fəaliyyəti, sülh, humanitar yardım və yenidənqurma arasında əlaqənin gücləndirilməsini nəzərdə tutur.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol