• $
  • €
  • ₽
  • ₺
  • £

Hökumətlər mənzil siyasətinə daha çox vəsait ayırmalıdır - BMT

Hökumətlər mənzil siyasətinə daha çox vəsait ayırmalıdır - BMT
19.05.2026 11:13

Qlobal mənzil böhranının həlli üçün hökumətlər mənzil siyasətini milli büdcələrin və inkişaf strategiyalarının mərkəzinə yerləşdirməlidirlər. Bunu BMT Baş katibinin müavini və UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rossbax bildirib.

O, Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində çıxışı zamanı qeyd edib ki, mənzil məsələsi yalnız sosial deyil, həm də iqtisadi, ekoloji və şəhərsalma aspektlərini özündə birləşdirən mürəkkəb bir ekosistemdir.

Rossbaxın sözlərinə görə, effektiv mənzil siyasəti üçün yerli icmaların, bələdiyyələrin, vətəndaş cəmiyyətinin, akademik dairələrin və dövlət qurumlarının əməkdaşlığı vacibdir.

“Əsas maliyyə resursları milli büdcələrdə cəmləşir. Buna görə də hökumətlər mənzil siyasətinə daha çox vəsait ayırmaq üçün siyasi iradə və cəsarət nümayiş etdirməlidirlər,”  o bildirib.

UN-Habitat rəhbəri vurğulayıb ki, heç bir ölkə daxili maliyyə resurslarından istifadə etmədən genişmiqyaslı mənzil və infrastruktur problemlərini həll edə bilməyib.

Onun sözlərinə görə, şəhərlərin mənzil planlaşdırmasını dəstəkləyən yeni qanunvericilik və siyasət mexanizmlərinə ehtiyac var. Bu istiqamətdə UN-Habitat üzv dövlətlərlə birlikdə mənzil siyasəti üzrə tövsiyələr hazırlayır və qlobal bilik mübadiləsini təşviq edir.
Rossbax əlavə edib ki, xüsusilə inkişaf etməkdə olan ölkələrdə yerli hakimiyyətlərin maliyyə imkanlarının məhdud olması mənzil layihələrinin həyata keçirilməsini çətinləşdirir.

Buna görə də hökumətlər, yerli hakimiyyətlər, akademik dairələr, icmalar və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir.


Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol