• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan milli geyimlərinin sərgisi açılıb

Azərbaycan milli geyimlərinin sərgisi açılıb
29.05.2020 06:53
 "Park Bulvar” ticarət və əyləncə mərkəzində Azərbaycan milli geyimlərinin sərgisi açılıb.

 "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb. 
Məlumatda qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi birinci qrant müsabiqəsi çərçivəsində "Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi "Bakı-2015” I Avropa Oyunları ərəfəsində "Azərbaycan milli geyimləri sərgisi” adlı layihəyə start verib. 

Layihənin məqsədi I Avropa Oyunları zamanı Azərbaycana gələcək turistlərdə milli geyimlər, adət-ənənələr və ölkənin mədəniyyəti haqqında əyani təsəvvür yaratmaqdan ibarətdir. 
Açılışda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov layihənin "Bakı 2015” I Avropa Oyunları ərəfəsində Azərbaycanın milli irsinin tanıdılmasına xidmət etdiyini deyib.

Tədbir milli rəqs nümunələrinin nümayişi ilə davam edib. 

Qeyd edək ki, layihə çərçivəsində 20-dən artıq milli qadın, kişi və uşaq geyimləri, kəlağayılar, papaqlar, milli geyimlərin təsvir olunduğu 10-dan çox tablo nümayiş olunur. Sərgiyə giriş ödənişsizdir və hər bir ziyarətçi istədiyi milli geyimdən istifadə edərək fotoşəkil çəkdirə bilər.

Azərbaycan milli geyimlərinin həmçinin müxtəlif ictimai yerlərdə, hotellərdə, mədəniyyət ocaqlarında nümayiş etdirilməsi nəzərdə tutulub. Sərginin təşkil olunacağı məkanlarda geyimlər barədə ziyarətçilərə ətraflı məlumat veriləcək.

Sərgi 2 həftə davam edəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol