• $
  • €
  • ₽
  • ₺
  • £

Alim Qasımov Malayziyada incəsənət festivalında çıxış edəcək

Alim Qasımov Malayziyada incəsənət festivalında çıxış edəcək
29.05.2020 09:51
Bu ilin sentyabrında Malayziyada "DiverseCity 2015: Kuala-Lumpur" beynəlxalq incəsənət festivalı keçiriləcək.

"Report" xəbər verir ki, festivalın təşkilatçısı Malayziyanın "Pusaka" qeyri-hökumət təşkilatıdır.

Azərbaycanın Malayziyadakı səfirliyinin "Pusaka" təşkilatı ilə əməkdaşlığı sayəsində dünya şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımovun festivalda iştirakı nəzərdə tutulub. 
Malayziyanın ingilis dilində nəşr olunan "Star" qəzetində tədbir barədə məqalə dərc olunub. "Mədəni yaxınlaşma" adlı məqalədə qeyd edilir ki, Malayziyanın "Pusaka" şirkəti tərəfindən bu ilin sentyabrında ilk dəfə keçiriləcək bu beynəlxalq festivalda müxtəlif ölkələrdən, o cümlədən Hindistan, Azərbaycan, Tailand, Pakistan, Yaponiya və Cənubi Koreya Respublikasından rəqs, musiqi, ədəbiyyat, və komediya janrlarında tanınmış sənətkarların iştirakı gözlənilir.

Qeyd edək ki, azərbaycanlı sənətkar Alim Qasımov festival çərçivəsində pakistanlı qaval ustaları Mehr Əli və Şer Əli ilə muğam və qaval sənətinin birgə improvizasiyasını təqdim edəcək.

Məqalənin sonuna Alim və Fərqanə Qasımovların ifasında "Bayatı Şiraz" muğamının videoyazısı da əlavə olunub.Bundan əlavə, festivalın təşkilatçısı olan Malayziyanın "Pusaka" şirkətinin internet saytında muğam ustası Alim Qasımov haqqında xüsusi məlumat yerləşdirilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol