“Real” “Qalatasaray”ın oyunçusunu istəyir

16:29 | 14.04.2014
“Real” “Qalatasaray”ın oyunçusunu istəyir

“Real” “Qalatasaray”ın oyunçusunu istəyir

İspaniyanın “Real Madrid” futbol klubu “Qalatasaray”ın futbolçusu Aleks Tellesi istəyir. Apasport.az saytının məlumatına görə, kluba yaxın mənbələr və internet saytları da xəbəri təsdiq ediblər.Məlumatda bildirilir ki, “Real” gələn mövsüm üçün sol müdafiəçi axtarır. Çünki həmin mövqedə oynayan Fabiu Koentrau İngiltərə Premyer Liqasına keçmək istəyir. “Real”ın elçi düşdüyü futbolçular arasında “Sevilya”nın futbolçusu Alberto Moreno, “Çelsi”nin oyunçusu Eşli Koul, “Valensiya”lı Xuan Bernat, “Volsburq”un müdafiəçisi Rikkardo Rodriqez, “Benfika”dan Quliermo Siquera da var.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM