Rəqibimiz darmadağın oldu

12:48 | 25.02.2017
Rəqibimiz darmadağın oldu

Rəqibimiz darmadağın oldu

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Macarıstan yoxlama oyunu keçirib.

ANN.Az apasport.az-a istinadən xəbər verir ki, rəqibimiz Sloveniya millisi ilə üz-üzə gəlib.

Macarıstan futzalçıları bu qarşılaşmada meydana çıxmağa peşman olublar. Belə ki, balkanlılar 5:0 hesablı qələbə qazanıblar.
 
Rəqibimizin darmadağını ilk hissədəki 3 cavabsız qolla başlayıb. Fasilədən sonra isə sloveniyalılar daha iki dəfə fərqlənib.
 
Qeyd edək ki, aprelin 3-12-də keçiriləcək seçmə mərhələdə yığmamız Bosniya və Herseqovina, Macarıstan, Albaniya ilə üz-üzə gələcək. Matçlar Bakıda baş tutacaq.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM