Rəşad Məcidin yeni kitabı təqdim edildi

10:41 | 06.12.2014
Rəşad Məcidin yeni kitabı təqdim edildi

Rəşad Məcidin yeni kitabı təqdim edildi

Azərbaycan Yazıçılar Birliyində (AYB) "525-ci qəzet"in baş redaktoru, AYB-nin katibi Rəşad Məcidin "Çiyələk qadın" kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, "Yazıçı” nəşriyyatında işıq üzü görən kitab AYBKİTAB layihəsinin nəşridir.
 
Layihənin rəhbəri Xəyal Rza bildirib ki, layihə çərçivəsində bir neçə kitab işıq üzü görüb: "Bu kitab AYBKİTAB layihəsinin növbəti kitabıdır. Bir neçə tanınmış insanın kitabını çap etmişik və layihəmiz davam edir. Növbəti aylarda bir neçə kitabı oxucuların ixtiyarına verəcəyik. "Çiyələk qadın" kitabında Rəşad Məcidin son illərdə yazdığı şeirlərin bir qismi yer alıb".
 
R.Məcid kitabın çapında xidməti olanlara minnətdarlığını bildirib və tədbir iştirakçılarına şeirlərindən bir neçəsini oxuyub.
 
 
Təqdimat mərasimində tənqidçi Əsəd Cahangir, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs çıxış edərək müəllifin yaradıcılığı haqqında danışıblar.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM