Respublikaçı liderlər Trampı dəstəkləmir

17:45 | 06.05.2016
Respublikaçı liderlər Trampı dəstəkləmir

Respublikaçı liderlər Trampı dəstəkləmir


ABŞ-da ən yüksək çinli respublikaçı, Nümayəndələr Palatasının spikeri Paul Ryan, eləcə də digər respublikaçı liderlər Donald Trump-ın prezidentliyə namizədliyini dəstəkləmirlər.

Konqresdə ən yüksək vəzifəni tutan, prezidentdən sonra üçüncü şəxs sayılan Ryan mayın 5 -də CNN-ə deyib ki, indiki məqamda Trump-ı dəstəkləmir.

"Bunu indi etməyə hazır deyiləm. Hazırda həmin məqamda deyiləm”, Ryan deyib. "Məncə, tələb olunan odur ki, bu partiyanı birləşdirək”.

Ryan-dan başqa bir sıra nüfuzlu respublikaçılar da Trump-ı dəstəkləmir.

"The Washington Post” xəbər verib ki, 2014-cü ildə namizəd olmuş Mitt Romney partiyanın iyul qurultayına qatılmayacaq. Keçmiş prezidentlər George W. Bush və George HW Bush-un da qurultaya getməyəciyi, Trump-ı dəstəklməyəcəyi barədə məlumatlar yayılıb. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb